
- A-
- A
- A+
İdman
12:53 / 01.01.2025
1 dəq oxunma
“Beşiktaş” İngiltərə klubunun hücumçusu ilə maraqlanır
Hazırda oxunan: “Beşiktaş” İngiltərə klubunun hücumçusu ilə maraqlanır
228059
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Sauthempton"da çıxış edən Paul Onuaçunu transfer etmək istəyir.
Bu barədə "Fanatik" nəşri məlumat yayıb. "Sauthempton" nigeriyalı forvardı satmağın əleyhinə deyil. İngiltərə klubu "Beşiktaş"dan 13 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, "Sauthempton" Paul Onuaçunu 2023-cü ilin yanvar ayında "Genk"dən transfer edib. Nigeriya millisinin üzvü olan 30 yaşlı hücumçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb. Təcrübəli futbolçu ötən mövsüm icarə əsasında "Trabzonspor"un formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































