Aquero Messi haqda: "Meydanda tam gücünü qoyacaq"

Aquero Messi haqda: "Meydanda tam gücünü qoyacaq"

Hazırda oxunan: Aquero Messi haqda: "Meydanda tam gücünü qoyacaq"

225026

Argentina millisinin sabiq futbolçusu Serxio Aquero "İnter Mayami"nin futbolçusu Lionel Messi haqda danışıb.

Bizim.Media xəbər verir ki, o, FİFA-nın saytına açıqlamasında sabiq komanda yoldaşından 2025-ci ilin klublararası dünya çempionatında gözləntiləri haqda danışıb:

"Bilirik ki, Messi hər kəsin görmək istədikləri oyunçulardandır. Ona görə də çox xoşdur ki, "İnter Mayami" turnirdə çıxış edəcək. Leo meydanda tam gücünü qoyacaq, çünki o, məğlub olmağı sevmir. Rəqibləri diqqətli olmalıdırlar. Oyunun bitməsi bir neçə dəqiqə qalsa belə, Leo sizi gurultulu zərbələrlə, dəqiq cərimə zərbəsi ilə və ya sadəcə möhtəşəm, gözlənilməz oyunu ilə cəzalandıra bilər. Ona görə ki, o, dünyanın ən yaxşı futbolçusudur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO