Fransa millisinin keçmiş üzvü Bakıya gəlir

Fransa millisinin keçmiş üzvü Bakıya gəlir

Hazırda oxunan: Fransa millisinin keçmiş üzvü Bakıya gəlir
224482
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 21-dən iyunun 1-nə qədər Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək. Fransa millisi də Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının 32 iştirakçısından biri olacaq.

Bizim.Media xəbər verir ki, fransızların heyətində Bakıya böyük ehtimalla gələcək futbolçulardan biri dünyaca tanınmış biridir.
 

Belə ki, Fransa əsas millisinin, "Liverpul" kimi komandaların əsas hücumçusu olmuş Cibril Sisse artıq minifutbol yığmasının üzvünə çevrilib.


Fransanın minifutbol millisinin məşqçilər korpusunun onu paytaxtımızda baş tutacaq mundial üçün heyətə daxil edəcəyi gözlənilir.

43 yaşlı veteran forvard “Oser”, “Liverpul”, “Sanderland”, “Panatinaikos”, “Latsio”, QPR, “Əl-Qarafa”, “Kuban”, “Bastiya”, “Sen-Pyeruaz”, “İverdon-Sport”, “Viçentsa” klublarında oynayıb. O, Fransa yığmasında 41 görüşə 9 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO