Azərbaycan UEFA reytinqində xal ehtiyatını ARTIRIB

Azərbaycan UEFA reytinqində xal ehtiyatını ARTIRIB

Hazırda oxunan: Azərbaycan UEFA reytinqində xal ehtiyatını ARTIRIB

209038

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb. 

Bizim.Media xəbər verir ki, bu, "Zirə"nin ötən gün Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Kiprin "Omoniya" kollektivini məğlub etməsi (1:0) sayəsində mümkün olub. 

Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "qartallar" ölkə reytinqinə 0,250 əmsal qazandırıb.

26-cı sırada yer alan Azərbaycanın əmsalı 19,125-ə bərabərdir. 
 

Çempionlar Liqasında "Dinamo"ya uduzan (0:2) "Qarabağ" bu həftə reytinqə töhfə verə bilməyib. 


25-ci pillədəki Kiprin 19,725, 27-ci yerdəki Bolqarıstanın 18,875 əmsalı var. 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO