“Mançester Yunayted” və “Vilyarreal” Avropa Liqasının finalına çıxdı - FOTOLAR

Hazırda oxunan: “Mançester Yunayted” və “Vilyarreal” Avropa Liqasının finalına çıxdı - FOTOLAR

20359

Mayın 6-da futbol üzrə UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Bizim.Media xəbər verir ki, İngiltərənin "Mançester Yunayted" və İspaniyanın “Vilyarreal” komandaları həlledici qarşılaşmaya vəsiqə qazanıblar.

"Qırmızı şeytanlar" İtaliyanın "Roma" klubunu mübarizədən kənarlaşdırıb. Öz meydanındakı ilk matçda 6:2 hesablı qələbə qazanan Mançester təmsilçisi cavab görüşündə 2:3 hesabı ilə uduzsa da, adını finala yazdırıb.

Qarşılaşmada hesabı 39-cu dəqiqədə Edinson Kavani açıb. İlk hissə qonaqların minimal üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra fəallığı artıran "canavarlar" 57-ci dəqiqədə tarazlığı bərpa ediblər. Cəmi 3 dəqiqə sonra Brian Kristante 2-ci qolu "Mançester Yunayted"in qapısından keçirib. Lakin meydan sahiblərinin qələbə sevinci 8 dəqiqə çəkib. Kavani özünün və komandasının ikinci qolunu vuraraq, hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə 83-cü dəqiqədə "Roma"nın 19 yaşlı hücumçusu Nikola Zalevski qoyub.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Vilyarreal" isə iki oyunun nəticəsinə əsasən, İngiltərənin "Arsenal" komandasından güclü olub.

İspaniyada rəqibinə 2:1 hesabı ilə qalib gələn "sarı sualtı qayıq" Londonda qolsuz bərabərliyə nail olaraq, finala adlayıb.

Qeyd edək ki, turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki eyni adlı stadionda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO