“Nürnberq” rəsmisindən Mahir Emreli ilə bağlı mühüm AÇIQLAMA 

“Nürnberq” rəsmisindən Mahir Emreli ilə bağlı mühüm AÇIQLAMA 

Hazırda oxunan: “Nürnberq” rəsmisindən Mahir Emreli ilə bağlı mühüm AÇIQLAMA 
203453
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın 2-ci bundesliqasında "Nürnberq" klubu Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emrelinin xidmətində maraqlıdır. 

Bizim.Media xəbər verir ki, klubun idman direktoru Joti Xatsialeksiu "Bild" nəşrinə müsahibəsində M.Emreli ilə bağlı növbəti açıqlama verib.

Xatsialeksiu bildirib ki, Mahir hazırda transfer üçün tam hazır olmasa belə, "Nürnberq" əvvəlkitək futbolçunu heyətinə qatmağa hazırdır.  

Xatırladaq ki, ötən həftə Joti Hatsialeksiu "Bild" nəşrinə açıqlamasında demişdi:

"Mahir axtarışda olduğumuz mövqe üçün mentalitetə sahib futbolçudur. O, yaxşı qol vurma qabiliyyətinə malikdir və topla çox yaxşı rəftar edir. Onunla söhbətlərdən müsbət şeylər əldə etdik”.
Həmin vaxt "Bild" qəzeti yazmışdı ki, M.Emreli iyulun 15-də Nürnberqdə komandanın düşərgəsində olub. Amma o, sonradan müqavilə bağlamadan geri qayıdıb. Qəzet yazır ki, "Nürnberq" yekun qərar verməzdən əvvəl M.Emreli ilə əlavə müzakirələr və tibbi araşdırmalar aparmaq fikrindədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO