“Qərbi Azərbaycan Kuboku”nu “Qafan” komandası QAZANDI - FOTO

“Qərbi Azərbaycan Kuboku”nu “Qafan” komandası QAZANDI - FOTO

Hazırda oxunan: “Qərbi Azərbaycan Kuboku”nu “Qafan” komandası QAZANDI - FOTO
200914
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 7-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında “Qərbi Azərbaycan Kuboku” mini futbol turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, turnirdə Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 20 komanda iştirak edib. Turnirin keçirilməsində məqsəd Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşmasına dəstək verməkdir.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Ən yaxşı oyunçu” və “Ən yaxşı qapıçı” nominasiyalarını qaliblərə təqdim edib. Sonra ilk üç yerin qalibləri olan “Qafan”, “Qəmərli” və “Loru” komandalarını AFFA-nın icraçı baş katibi Sərxan Hacıyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatları Səbinə Xasayeva, Kamal Cəfərov, Məlahət İbrahimqızı müvafiq diplom, medal və xatirə hədiyyələri ilə təltif ediblər.

Daha sonra qalib “Qafan” komandasına Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli tərəfindən kubok təqdim olunub.

Sonda qalib komanda ilə xatirə şəkli çəkdirilib.

“Qərbi Azərbaycan Kuboku”nu “Qafan” komandası QAZANDI - FOTO - foto 1
“Qərbi Azərbaycan Kuboku”nu “Qafan” komandası QAZANDI - FOTO - foto 2
“Qərbi Azərbaycan Kuboku”nu “Qafan” komandası QAZANDI - FOTO - foto 3
“Qərbi Azərbaycan Kuboku”nu “Qafan” komandası QAZANDI - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO