Çempionlar Liqası: “Real Madrid” öz meydanında 2 xal itirdi

Çempionlar Liqası: “Real Madrid” öz meydanında 2 xal itirdi

Hazırda oxunan: Çempionlar Liqası: “Real Madrid” öz meydanında 2 xal itirdi
19332
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Bizim.Media xəbər verir ki, bu raundun ilk oyunu İspaniyada “Real Madrid”lə İngiltərənin “Çelsi” klubu arasında baş tutub. “Alfredo Di Stefano” stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu 14-cü dəqiqədə qonaqların heyətində Kristian Pulişiç vurub. 29-cu dəqiqədə isə Kərim Benzema hesabı bərabərləşdirib.

Beləliklə, London klubu çətin Madrid səfərində sərfəli nəticə əldə edib.

Yarımfinal mərhələsinin digər matçında Fransanın “Paris Sen-Jermen” və İngiltərənin “Mançester Siti” klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO