Bakıdakı Dünya Kubokunda növbəti qaliblər MÜƏYYƏNLƏŞDİ

Bakıdakı Dünya Kubokunda növbəti qaliblər MÜƏYYƏNLƏŞDİ

Hazırda oxunan: Bakıdakı Dünya Kubokunda növbəti qaliblər MÜƏYYƏNLƏŞDİ

191292

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda qadınlar və kişilər arasında tüfəngdən 50 metr məsafəyə üç mövqe üzrə atəş açma növündə final görüşləri keçirilib. 

Bizim.Media xəbər verir ki, Almaniyanı təmsil edən Anna Yanssen həlledici qarşılaşmada Tokio-2020-  də olimpiya çempionu olmuş isveçrəli Nina Kristeni üstələyərək qızıl medal qazanıb.

Nina Kristen gümüş, çinli Jiayu Han bürünc medalla kifayətlənib. 

Qadınların mübarizəsindən sonra kişi idmançıların yarışı baş tutub. Çini təmsil edən atletlər qızıl medal uğrunda yarışıblar. Yukun Liu son atışları daha dəqiq yerinə yetirərək həm qalib olub, həm də dünya rekordunu yeniləyib (467.3). 

Onun həmyerlisi Linşu Du gümüş, fransalı Lukas Bernar Denis Kriz bürünc medal qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO