Bakıdakı dünya kubokunun növbəti qalibləri məlum oldu – FOTO 

Bakıdakı dünya kubokunun növbəti qalibləri məlum oldu – FOTO 

Hazırda oxunan: Bakıdakı dünya kubokunun növbəti qalibləri məlum oldu – FOTO 

190709

Bakida təşkil olunan atıcılıq üzrə Dünya Kuboku davam edir. 

Bizim.Media xəbər verir ki, bu gün kişilərin və qadınların pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma növündə final görüşləri keçirilib. 

Bütün medallar Çin və Koreyadan olan atıcıların aktivinə yazılıb. 

Kişilərin mübarizəsində Tokyo-2020 Olimpiadasının gümüş mükafatçısı Lihao Sheng rəqiblərinə aman verməyib. 19 yaşlı atlet 251.8 xalla hamını qabaqlayaraq aktivinə növbəti “qızıl”ı yazıb.

Gümüş medala da Çindən olan atlet sahib olub. Linshu Du 251.4 xalla ikinci yeri tutub. Koreyanı təmsil edən Hajun Park bürünc medalla kifayətlənib.
Eyni növdə qadınların yarışında 2022-ci ildə Bakıda komanda növündə “qızıl” əldə etmiş Jihyeon Keum 253.4 xalla yenidən qızıl medalın sevincini yaşayıb. 252.3 xal yığan çinlı atıcı Zifei Wang gümüş medal alıb. Wangın həmyerlisi Jiayu Han aktivinə bürünc medal yazıb (231.1 xal). 




Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO