PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi - VİDEO

Hazırda oxunan: PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi - VİDEO

188967

İspaniyanın paytaxtı Madriddə Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsinin iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda qurumun İcraiyyə Komitəsinin və "Qarabağ" Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak edib.

Toplantını ECA-nın rəhbəri, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi açıb. O, bu mövsüm öz ölkələrinin çempionluğunu qazanmaları münasibəti ilə “Qarabağ” (Azərbaycan), “İnter” (İtaliya), “Bayer” (Almaniya) və “Ferensvaroş”u (Macarıstan) bu klubların iclasda iştirak edən rəsmiləri vasitəsi ilə təbrik edib.

Qeyd edək ki, iclasda “Qarabağ”ı təmsil edən klubun İdarə Heyətinin üzvü Asif Əsgərov həm də UEFA-da Komitə üzvüdür.
 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO