Serxio Ramos daha 1 il “Sevilya”da qalacaq

Serxio Ramos daha 1 il “Sevilya”da qalacaq

Hazırda oxunan: Serxio Ramos daha 1 il “Sevilya”da qalacaq

184996

Serxio Ramos karyerasını “Sevilya”da davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, 38 yaşlı futbolçu komanda ilə yeni razılaşma əldə edib. Ötən yayda PSJ-dən ayrılan Ramos “Sevilya” ilə 1 illik müqavilə imzalamışdı. Təcrübəli futbolçu doğma komandası ilə daha 1 mövsüm əməkdaşlıq edəcək. 

Serxio hazırki mövsümdə 20 oyunda meydana çıxıb. 3 dəfə fərqlənən Ramos 6 sarı və 1 qırmızı vərəqə ilə cəzalandırılıb. 

Qeyd edək ki, 38 yaşlı müdafiəçi dünən “Xetafe” ilə matçda yeganə qolun müəllifi olub. “Sevilya” 31 xalla 14-cü pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO