Amerika Kubokunun bütün iştirakçıları müəyyənləşdi

Amerika Kubokunun bütün iştirakçıları müəyyənləşdi

Hazırda oxunan: Amerika Kubokunun bütün iştirakçıları müəyyənləşdi
183962
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amerika Kuboku-2024-ün bütün iştirakçıları bəlli olub. Kosta-Rika - Honduras yığmaları arasındakı matçda turnirin sonuncu iştirakçısı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Kuboka vəsiqə uğrunda həlledici görüşdə Kosta-Rika yığması 3:1 hesabı ilə qalib gəlib.

A qrupu: Argentina, Peru, Çili, Kanada

B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka

C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya

D qrupu: Braziliya, Kolumbiya, Paraqvay, Kosta-Rika.

Xatırladaq ki, Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək keçiriləcək.

Qrup mərhələsi iyunun 20-dən iyulun 2-dək, ardınca iyulun 4-dən 6-dək 1/4 final, 9 və 10 iyulda yarımfinal, 13-də isə üçüncü yer uğrunda görüşlər keçiriləcək. Final oyunu iyulun 14-də Mayamidə keçiriləcək.

Amerika Kubokunun oyunlarına ABŞ-nin 14 şəhəri ev sahibliyi edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO