Çempionlar Liqası: “Atletiko” və “Borussiya” 1/4 finala adladı

Çempionlar Liqası: “Atletiko” və “Borussiya” 1/4 finala adladı

Hazırda oxunan: Çempionlar Liqası: “Atletiko” və “Borussiya” 1/4 finala adladı

182491

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, mərhələnin son iki cavab oyunu keçirilib.

İtaliya A Seriyasının lideri “İnter” İspaniyada “Atletiko”ya oyunsonrası penaltilərlə məğlub olaraq mübarizəni dayandırıb. Digər cütdə Almaniya “Borussiya”sı Dortmundda Niderland təmsilçisi PSV-ni məğlub edərək yoluna davam edib.

Beləliklə, “Atletiko” və “Borussiya” 1/4 finala adlayıblar. Onlara qədər “Real”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Bavariya” (Almaniya) və PSJ (Fransa) də növbəti mərhələyə yüksəlmişdilər.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
13 mart

“Atletiko” (İspaniya) – “İnter” (İtaliya) 2:1


Qol: Qrizmann, 35, Depay, 87 – Dimarko, 33
Penaltilərlə 3:2
Baş hakim: Şimon Marçinyak (Polşa).
Madrid, “Metropolitano” stadionu
İlk oyun - 0:1.

“Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland) 2:0


Qollar: Sanço, 3, Roys, 90+5
Baş hakim: Daniele Orsato (İtaliya).
Dortmund, “Siqnal İduna Park” stadionu
İlk oyun - 1:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO