Əliyar Ağayev Emrelinin komandasının oyununa TƏYİNAT ALDI

Əliyar Ağayev Emrelinin komandasının oyununa TƏYİNAT ALDI

Hazırda oxunan: Əliyar Ağayev Emrelinin komandasının oyununa TƏYİNAT ALDI

181233

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. 

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan) ilk qarşılaşmasının baş hakimi olacaq. 

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi almaniyalı Saşa Stegemann, onun köməkçisi həmyerlisi Paşal Müller olacaq. Oyunun hakim-inspektoru isə norveçli Terje Houç olacaq. 
Qeyd edək ki, "Dinamo"da Azərbaycan millisinin üzvü Mahir Emreli də çıxış edir. Əlavə edək ki, sözügedən görüş martın 7-si Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO