“Bayer”in əsas hücumçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

“Bayer”in əsas hücumçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

Hazırda oxunan: “Bayer”in əsas hücumçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

180493

Almaniyanın “Bayer” klubunun nigeriyalı hücumçusu Viktor Bonifas Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a qarşı keçiriləcək oyunlara qədər tam sağala bilməyəcək. 

Bizim.Media “Bild”ə istinadən xəbər verir ki, yanvarın əvvəlində Afrika Millətlər Kuboku zamanı Nigeriya millisinin heyətində ciddi zədə alan hücumçunun aprel ayına kimi meydanlara qayıtması gözlənilmir. 

Öz növbəsində, ötən ay sıradan çıxan argentinalı yarımmüdafiəçi Ezekiel Palasios ağdamlılarla görüşə qədər tam sağalacaq. O, artıq məşqlərə başlayıb. 
Xatırladaq ki, 16 qolla "Bayer"in bu mövsüm bombardiri olan Bonifas Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a hər iki görüşdə (5:1, 1:0) qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO