"Əl-Nəsr" - "İnter Mayami" oyununda 6 cavabsız qol vuruldu

Hazırda oxunan: "Əl-Nəsr" - "İnter Mayami" oyununda 6 cavabsız qol vuruldu

176203

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və ABŞ-ın “İnter Mayami” klubları arasında yoldaşlıq oyunu keçirilib. 

Bizim.Media xəbər verir ki, Ər-Riyaddakı  “Kingdom Arena”da keçirilən matçda Səudiyyə Ərəbistanı təmsilçisi  6:0 hesabı ilə qalib gəlib.

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo zədə səbəbindən sözügedən görüşdə iştirak etməyib.

 "İnter Mayami"nin hücumçusu Lionel Messi isə oyuna ehtiyat oyunçular skamyasında başlayıb və  83-cü dəqiqədə meydana daxil olub.

"Əl-Nəsr" - "İnter Mayami" - 6:0

Qollar: Otavio, 3, Taliska, 10, 51, 73, Laport, 12,  Maran, 68

Qeyd edək ki, daha əvvəl Messinin sözügedən qarşılaşmada oynamayacağı ilə bağlı xəbər yayılmışdı.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO