De Byazi İranda İŞLƏYƏCƏK?

De Byazi İranda İŞLƏYƏCƏK?

Hazırda oxunan: De Byazi İranda İŞLƏYƏCƏK?

174513

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi İranda çalışa bilər. 

Bizim.Media xəbər verir ki, italiyalı mütəxəssis “Persepolis”in maraq dairəsinə düşüb. 

Adıçəkilən klubun baş məşqçi postuna iki namizəddən biri məhz Byazidir. 

Onun rəqibi isə portuqaliyalı Xose Vitor dos Santos Peseyro hesab olunur. 63 yaşlı Peseyro hazırda Nigeriya millisinə rəhbərlik edir.

O, 2003-04 mövsümündə “Real”da Karluş Keyruşun köməkçisi olub. “Persepolis” bu ayın əvvəlində baş məşqçi Yəhya Qolməhəmmədi ilə yollarını ayırıb və bu vəzifəyə namizəd məşqçilərlə danışıq aparır. 
Qeyd edək ki, 67 yaşlı Canni de Byazi ötən ilin noyabrında millimizdən ayrılıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO