Haaland

Haaland "Globe Soccer" mükafatını qazandı

Hazırda oxunan: Haaland "Globe Soccer" mükafatını qazandı

174288

Norveç millisinin və "Mançester Siti"nin hücumçusu Erlinq Haaland "Globe Soccer" mükafatına layiq görülüb. 

Bizim.Media xəbər verir ki, 23 yaşlı forvard hər kəsi qabaqlayaraq 2023-cü ilin ən yaxşı futbolçusu seçilib. 

Haalanddan başqa, bu mükafata Cud Bellinqem ("Real" Madrid), Kərim Benzema ("Əl-İttihad"), Kevin De Brüyne ("Mançester Siti"), Kilian Mbappe (PSJ), Lionel Messi ("İnter Mayami"), Viktor Osimhen (“Napoli”), Məhəmməd Salah (“Liverpul”), Kriştiano Ronaldo (“Əl-Nəsr”), Bernardo Silva (“Mançester Siti”) və Vinisius Junior (“Real" Madrid) da namizəd idi. Mükafatın 2022-ci ildəki qalibi isə Kərim Benzema olmuşdu. 
Xatırladaq ki, Haaland ötən mövsüm “Mançester Siti” ilə 3 kubok qazanıb – Çempionlar Liqası, İngiltərə Premyer Liqası və İngiltərə Kuboku. Erlinq "şəhərlilər"in heyətində 53 matçda iştirak edib və 52 qol vurub. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO