Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla BİR ARADA - FOTO

Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla BİR ARADA - FOTO

Hazırda oxunan: Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla BİR ARADA - FOTO

172815

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Ardınca “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Daha sonra Fərid Qayıbov beynəlxalq arenalarda uğur qazanan idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.

Ay ərzində yarışlarda əldə olunmuş nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Batut gimnastikası, cüdo, karatenin WKF, kyokuşin, aşihara koşiki və kudo növləri, MMA, taekvondo, parataekvondo, paracüdo və stolüstü tennis idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.
Yığma komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.

Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO