Qvardiola 2023-ci ilin ən yaxşı məşqçisi oldu

Qvardiola 2023-ci ilin ən yaxşı məşqçisi oldu

Hazırda oxunan: Qvardiola 2023-ci ilin ən yaxşı məşqçisi oldu

171307

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı ilin ən yaxşı məşqçisi elan edib.

Bizim.Media xəbər verir ki, mütəxəssis bu mükafatı karyerasında üçüncü dəfə və 2011-ci ildən bəri ilk dəfədir alır.

2023-cü ildə “şəhərlilər” ispaniyalının rəhbərliyi ilə İngiltərə çempionatı və Kubokunu, Çempionlar liqasını, Avropa Superkubokunu və klublar arasında Dünya çempionatını udublar.
Səsvermədə 281 xal yığan Qvardiola 56 xal toplayan Karlo Ançelottinin (“Real Madrid”) şəxsində ən yaxın rəqibini əhəmiyyətli dərəcədə qabaqlayıb. Birinci üçlüyü 53 xal toplayan İtaliya yığmasının baş məşqçisi Luçano Spaletti tamamlayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO