Boks üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTO

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTO

Hazırda oxunan: Boks üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTO

168164

 

Kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub. 

Bizim.Media xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 41 komandanın 167 boksçusu qüvvəsini sınayıb. 

6 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Həlledici döyüşlərdə qalib gələn Həsən Məlikov, Məsud Yusifzadə, Amin Məmmədzadə, Şamil Əsgərov, Maqsud Xasmetov, Tayfur Əliyev, Nəbi İsgəndərov, Sərxan Əliyev, Kamran Şahsuvarlı, Fəqan Məmmədov, Seyid Seyidov, Rauf Rəhimov və Yohanes Nuriyev çempion tituluna sahib olublar. 
Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 55 xalla birinci yeri tutub. İkinci pilləyə MİK (36) yiyələndiyi halda, “üçlüy”ü “Qızıl əlcək” (31) qapayıb. Çempionatda ən yaxşı boksçu adına Seyid Seyidov layiq görülüb. 

Elxan Quliyev ən yaxşı hakim, Rəhim Allahverdiyev isə ən yaxşı məşqçi adına sahib olub. 

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan çempionatı

Finallar
48 kq
Tural Sarıyev (“Neftçi” İK) – Həsən Məlikov (“Neftçi” İK) – 2:3
51 kq
Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK) – Məsud Yusifzadə (BFL) – birinci döyüşə gəlməyib
54 kq
Ruslan Qədirov (MİK) – Amin Məmmədzadə (“Qızıl əlcək” İK) – 0:5
57 kq
Şamil Əsgərov (“Neftçi” İK) – Ümid Rüstəmov (DİN İC) – 3:2
60 kq
Maqsud Xasmetov (“Neftçi” İK) – Elbrus Adıgözəlov (“Qəbələ” İK) – 5:0
63,5 kq
Malik Həsənov (“Neftçi” İK) – Tayfur Əliyev (MİK) – 0:5
67 kq
Nəbi İsgəndərov (“Neftçi” İK) – Cavid Çələbiyev (“Qızıl əlcək” İK) – 3:2
71 kq
Mirşərif Kazımzadə (“Neftçi” İK) – Sərxan Əliyev (MİK) – 0:5
75 kq
Rasim Çobanlı (MİK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 0:5
80 kq
Fəqan Məmmədov (AzTU) – Sərxan Budaqov (“Qızıl əlcək” İK) – 5:0
86 kq
Seyid Seyidov (“Qızıl əlcək” İK) – Eldar Quliyev (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib
92 kq
Rauf Rəhimov (“Neftçi” İK) – Tural Həsənov (“Qızıl əlcək” İK) – 4:1
+92 kq
Pərviz Rəsulov (“Zərbə” BK) – Yohanes Nuriyev (MİK) – ikinci tam üstünlüklə qalib gəlib



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO