“Şenol Güneş və Fatih Terim PUL İTKİSİDİR, Azərbaycan millisinə YERLİ MƏŞQÇİ gəlməlidir” 

“Şenol Güneş və Fatih Terim PUL İTKİSİDİR, Azərbaycan millisinə YERLİ MƏŞQÇİ gəlməlidir” 

Hazırda oxunan: “Şenol Güneş və Fatih Terim PUL İTKİSİDİR, Azərbaycan millisinə YERLİ MƏŞQÇİ gəlməlidir” 

166354

Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycan millisinə 2020-ci ildən rəhbərlik edən Canni De Byazi ilə yollar ayrılıb. Bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar verilib.

Hazırda mətbuatda bir sıra tanınmış xarici mütəxəssislərin adları Azərbaycan milli komandası ilə birgə hallanır.

Maraqlıdır, Azərbaycan milli komandasının başının üzərindəki “qara bulud”ları xarici mütəxəssis yox edə biləcək, yoxsa yerli mütəxəssisə ehtiyac var?
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı mütəxəssis Azərbaycan millisinə rəhbərlik edə bilər


Ümumiyyətlə, baş məşqçi dəyişikliyi milli komandadakı problemləri həll edə bilərmi?

Telejurnalist, idman eksperti Ceyhun Rzayev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, milli komandanın məşqçisi azərbaycanlı olmalıdır:

“Bizim yığma komanda yaxın 10 il ərzində qrupda ilk iki pillədən birini tutub, Dünya və ya Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilməz. Futbolçularımızın potensialı çox yaxşıdırsa, qrupda üç və ya dördüncü pillədə qərarlaşırıqsa, xarici məşqçini gətirib, təcrübəsinin hesabına nəticəni daha da yaxşılaşdıra  bilərik. Ancaq futbolçularımızın potensialı bəllidir. Millətlər Liqasında bəlkə nəsə etdik. 

Bu baxımdan xarici məşqçinin dəvət edilməsini lüzumsuz hesab edirəm. Bundan əlavə, bizim yerli baş məşqçilərin nə klub, nə də milli komanda səviyyəsində xaricdə çalışanı yoxdur. Buna görə də baş məşqçilərimizin kariyerasının zirvə nöqtəsi öz ölkəsinin milli komandasını çalışdırmaqdır. Xarici məşqçinin bizə heç nə verməyəcəyini bildiyimiz halda kimisə dəvət edərək yerli məşqçilərimizi çox böyük təcrübədən məhrum etmiş olarıq”. 

Ekspert əlavə edib ki, yaxşı məşqçi dəvət edə bilsək, milli komandanın oyununda müsbət mənada dəyişiklik görə bilərik: 

“Xüsusilə, sistem və oyun planında bu fərqi müşahidə edə  bilərik. Mətbuatda Şenol Güneş, Fatih Terim kimi məşqçilərin adları hallanır. 

Vallah, vaxt itkisidir. 

Sözügedən məşqçilər bizə yeni heç nə verməyəcəklər. Sadəcə boş yerə pullar xərclənəcək. Bunun əvəzinə bizim istedadlı məşqçilərimizdən birini təyin edib, 4-5 il vaxt vermək olar. Fatih Terim və ya Şenol Güneş iki milyondan aşağı Azərbaycana gələsi deyillər. Bu vəsaiti uşaq futboluna ayırmaq, məşqçiləri isə xarici təcrübəyə yönəltmək olar. Qısası, bu pulları daxili resurslara xərcləmək daha ağıllı variantdır”. 

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO