Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələ oyunları üçün heyəti açıqlandı

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələ oyunları üçün heyəti açıqlandı

Hazırda oxunan: Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələ oyunları üçün heyəti açıqlandı
164075
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsinin son iki oyunu üçün heyəti müəyyənləşib.

Bizim.Media xəbər verir ki, baş məşqçi Canni De Byazi 27 futbolçuya dəvət göndərib.

Onlardan 9-u ölkə xaricində legioner həyatı yaşayır.

Qapıçılar: Yusif İmanov (“Sabah”), Rəşad Əzizli (“Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Adana Dəmirspor”, Türkiyə).

Müdafiəçilər: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (hamısı “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Höccət Haqqverdi (“Neftçi”), Qismət Alıyev (“Zirə”), Turan Manafov (“Araz-Naxçıvan”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Cəlal Hüseynov (“Arda Kaerdzali”, Bolqarıstan).

Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov (hər ikisi “Sabah”), Eddi İsrafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Emil Səfərov (“Qəbələ”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Coşqun Diniyev (“Umraniyəspor”, Türkiyə), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland).

Hücumçular: Nəriman Axundzadə (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Zirə”), Mahir Emreli (“Dinamo”, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev (“Buriram Yunayted”, Tayland), Renat Dadaşov (“Hatayspor”, Türkiyə).

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda İsveçlə, 19-da isə səfərdə Belçika ilə qarşılaşacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO