3x3 basketbol turnirinə yekun vuruldu

3x3 basketbol turnirinə yekun vuruldu

Hazırda oxunan: 3x3 basketbol turnirinə yekun vuruldu

162060

Oktyabrın 29-da dövlət qurumları arasında keçirilən 3x3 basketbol turnirinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 20 dövlət qurumunun 160 əməkdaşı mübarizə aparıb.

Gənclər və İdman Nazirliyinin həyətində xüsusi quraşdırılmış basketbol meydançasında təşkil olunan yarışda qadınlar arasında birinci yerə Elm və Təhsil Nazirliyi, ikinci və üçüncü yerlərə müvafiq olaraq SOCAR və Gənclər və İdman Nazirliyinin komandaları layiq görülüblər.
Kişilərin yarışında isə Azərbaycan Hava Yolları birinci olub. Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi komandaları isə ilk üçlükdə qərarlaşıblar.

Sonda qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd dövlət qurumlarında çalışan əməkdaşların asudə vaxtının səmərəli təşkili və onlar arasında sağlam həyat tərzinin təbliğidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO