AVRO-2024: Türkiyə millisi final mərhələsinə vəsiqə qazandı - VİDEO

AVRO-2024: Türkiyə millisi final mərhələsinə vəsiqə qazandı - VİDEO

Hazırda oxunan: AVRO-2024: Türkiyə millisi final mərhələsinə vəsiqə qazandı - VİDEO
160002
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AVRO-2024-ün seçmə mərhələsində VIII tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma keçirilib.

A qrupunda Gürcüstan millisi evdə Kipri 4 cavabsız qolla darmadağın edib. Norveç yığması isə öz meydanında İspaniyaya uduzub.

D qrupunda yer alan Türkiyə seçməsi final mərhələsinə vəsiqəni təmin edib. "Ay-ulduzlular" buna Konyada Latviyanı 4:0 hesabı ilə məğlub etməklə nail olub. Meydan sahiblərinin heyətində qolları 58-ci dəqiqədə Yunus Akgün, 83-cü və 90+2-ci dəqiqələrdə Cenk Tosun, 88-ci dəqiqədə Kerem Aktürkoğlu vurub. Qrupun digər matçında Uels evdə Xorvatiyanı üstələyib.

E qrupunda Çexiya Farer adaları üzərində qələbə qazanıb. Polşa millisi isə doğma meydanda Moldovanı uda bilməyib.

İ qrupunda İsveçrə Belarusla məhsuldar heç-heçə edib - 3:3. Rumıniya evdə Andorranı 4:0 hesabı ilə darmadağın edib. Bu qrupun Kosovo - İsrail matçı hərbi vəziyyətlə əlaqədar təxirə salınıb.

AVRO-2024-ün seçmə mərhələsi

VIII tur

15 oktyabr

A qrupu

17:00. Gürcüstan - Kipr - 4:0

22:45. Norveç - İspaniya - 0:1

Xal durumu: İspaniya - 15 (6 oyun), Şotlandiya – 15 xal (6), Norveç – 10 (7), Gürcüstan – 7 (6), Kipr – 0 (7)

D qrupu

22:45. Türkiyə - Latviya - 4:0

22:45. Uels - Xorvatiya - 2:1

Xal durumu: Türkiyə - 16 (7), Uels - 10 (6), Xorvatiya – 10 (6), Ermənistan – 7 (6), Latviya – 3 (7)

E qrupu

20:00. Çexiya - Farer adaları - 1:0

22:45. Polşa - Moldova - 1:1

Xal durumu: Albaniya – 13 (6), Çexiya - 11 (6), Polşa - 10 (7), Moldova – 9 (6), Farer adaları – 1 (7)

İ qrupu

20:00. İsveçrə – Belarus - 3:3

22:45. Rumıniya - Andorra - 4:0

Xal durumu: Rumıniya - 16 (8), İsveçrə - 15 (7), İsrail – 11 (6), Kosovo – 7 (7), Belarus – 6 (8), Andorra – 2 (8)

Qeyd edək ki, daha əvvəl Fransa, Belçika və Portuqaliya yığmaları final mərhələsinə vəsiqə əldə ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO