De Byazi:

De Byazi: "Sabah ən yaxşısını etməyə çalışacağıq"

Hazırda oxunan: De Byazi: "Sabah ən yaxşısını etməyə çalışacağıq"
154302
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sabah bizi ağır oyun gözləyir. Çox güclü komandaya qarşı oynayacağıq. Rəqib FİFA reytinqində 4-cü pillədədir. Cəsarətli oynamalıyıq. İsveç və Avstriya oyunlarında olduğu kimi rəqibə hədiyyə verməməliyik".  

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024ün seçmə mərhələsində evdə Belçika ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib. 

O, daha sonra bildirib:

"Yaxşı nəticə qazanmaq istəyiriksə, imkanlardan düzgün yararlanmalı və heç bir səhv etməməliyik.  Başa düşürük ki, güclü komandaya qarşı oynayacağıq.

Onlar da bizim kimi insanlardır, futbolçulardır. Sabah ən yaxşısını etməyə çalışacağıq. Rahat, asan oynamalıyıq ki, futbolçular azarkeşləri və özlərini sevindirsinlər”. 

Qeyd edək ki, sabah keçiriləcək sözügedən görüş saat 17:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO