Serxio Ramos keçmiş klubuna qayıtdı

Serxio Ramos keçmiş klubuna qayıtdı

Hazırda oxunan: Serxio Ramos keçmiş klubuna qayıtdı

153656

Serxio Ramos sabiq klubu "Sevilya"ya transfer olunub.  

Bizim.Media xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Ramos 18 ildən sonra doğma klubuna qayıdıb. Müdafiəçi 2005-ci ildə "Sevilya"dan Real"a transfer olunmuşdu.

Xatırladaq ki, 37 yaşlı müdafiəçi bu ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi. 2022/2023 mövsümündə o, PSJ-nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb və 4 qol vurub.  
Daha əvvəl Ramosla Türkiyənin "Qalatasaray" və "Beşiktaş" klublarının da maraqlandığı bildirilirdi. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO