"Real"da ciddi itki

Hazırda oxunan: "Real"da ciddi itki

152454

"Real"ın futbolçusu Vinisius Junior zədələnib. 

Bizim.Media xəbər verir ki, o, La Liqanın 3-cü turunda "Selta" ilə matçın (1:0) 10-cu dəqiqəsində zədə alıb.  

Vinisius oyuna davam etməyə çalışsa da, bir neçə dəqiqə sonra ağrı hiss edib və qazona əyləşib. O, Xoselu ilə əvəzlənib. 

Komandanın baş məşqçisi Karlo Ançelottinin sözlərinə görə, braziliyalı hücumçu Madrid təmsilçisinin növbəti oyununu - "Xetafe" ilə matçı buraxacaq. Onun milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra komandaya qoşulması ehtimalı da var. 
Qeyd edək ki, ötən mövsüm Vinisius La Liqada 33 matçda 10 qol vurub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO