Boksçumuz Avropa Oyunlarında gümüş medal qazandı - FOTO

Boksçumuz Avropa Oyunlarında gümüş medal qazandı - FOTO

Hazırda oxunan: Boksçumuz Avropa Oyunlarında gümüş medal qazandı - FOTO
144166
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında final döyüşünə çıxıb. +92 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionatının mükafatçısı yarışın son görüşündə Delişes Ori (Böyük Britaniya) ilə qüvvəsini sınayıb.

Bizim.Media xəbər verir ki, ardıcıl olaraq Uğur Aydemir (Türkiyə), Nikoloz Beqadze (Gürcüstan), Stilianos Poulias (Yunanıstan) və Nelvi Ram Tiafaka (Almaniya) qalib gələn Abdullayev bu dəfə məğlubiyyətə üzülüb.

Rəqib 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və boksçumuz yarışı ikinci yerdə bitirib.

Beləliklə, boks üzrə Azərbaycan millisi iyunun 23-də start götürüb və 10 gün davam edən Avropa Oyunlarını 1 gümüş və 1 bürünc medalla başa vurub.

Abdullayevdən öncə Murad Allahverdiyev (80 kq) 3-cü yeri tutub. Hər iki boksçu, həmçinin “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Qeyd edək ki, Avropa Oyunlarının boks yarışlarında 42 ölkədən 325 idmançı 13 çəki dərəcəsində mübarizə aparıb.

Boksçumuz Avropa Oyunlarında gümüş medal qazandı - FOTO - foto 1
Boksçumuz Avropa Oyunlarında gümüş medal qazandı - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO