Cüdoçularımız Avropa çempionatında 11 medal qazandılar - FOTO

Cüdoçularımız Avropa çempionatında 11 medal qazandılar - FOTO

Hazırda oxunan: Cüdoçularımız Avropa çempionatında 11 medal qazandılar - FOTO
140885
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sloveniyanın Podçetrtek şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatının fərdi yarışlarına yekun vurulub.

Bizim.Media Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, çempionatda ölkəmiz 7 yaş kateqoriyası üzrə 36 idmançı ilə təmsil olunub. Veteranlardan ibarət komandamıza baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edib.

Fərdi yarışların sonuncu günündə M1 və M2 yaş kateqoriyası üzrə 12 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

M1 yaş kateqoriyası üzrə Rəşid Şəmizadə (66 kq) və M2 yaş kateqoriyası üzrə Vasif İbrahimov (100 kq-dan yuxarı) gümüş medala sahib olublar. M1 yaş kateqoriyasında Qurban Məmmədli (100 kq-dan yuxarı), M2 yaş kateqoriyası üzrə Vüqar Babayev (66 kq) və Ruslan Əliyev (100 kq-dan yuxarı) bürünc medal qazanıblar.
Cüdoçularımız yarışda, ümumilikdə, 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər. Nəticələrə görə, veteranlarımız çempionatı ümumi hesabda yeddinci, kişilər arasında isə beşinci yerdə başa vurublar.

Cüdoçularımız Avropa çempionatında 11 medal qazandılar - FOTO - foto 1
Cüdoçularımız Avropa çempionatında 11 medal qazandılar - FOTO - foto 2
Cüdoçularımız Avropa çempionatında 11 medal qazandılar - FOTO - foto 3

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO