Fransada Avro-2016 start götürdü

Fransada Avro-2016 start götürdü

Hazırda oxunan: Fransada Avro-2016 start götürdü

140410
Turnirin ilk matçında Fransa və Rumıniya milliləri qarşılaşır.

Fransada futbol üzrə Avropa çempionatı start götürüb.

Moderator.az xəbər verir ki, turnirin ilk matçında Fransa və Rumıniya milliləri qarşılaşır.

Turnirin açılış oyunu Parisin “Sen-Deni”x9d stadionunda keçirilir. 

İlkin mərhələdə 24 komanda altı qrupda mübarizə aparacaq.

Qruplarda ilk iki yeri tutan komandalar və üçüncü yerdə qərarlaşan ən yaxşı dörd komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. 

1/8 final matçları iyunun 25-dən 27-dək, ¼ finallar ”“ iyunun 30-dan iyulun 3-dək, yarımfinallar isə iyulun 6-sı və 7-də baş tutacaq. 

Final matçı iyulun 10-da Parisdə keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO