Həftəsonu maqnit qasırğası OLACAQ

Həftəsonu maqnit qasırğası OLACAQ

Hazırda oxunan: Həftəsonu maqnit qasırğası OLACAQ

618967

13-14 iyunda Günəş aktivliyinin artacağı proqnozlaşdırılır.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin Kosmik Hava Proqnozlaşdırma Mərkəzi  açıqlama yayıb.
 

Bildirilib ki, bu günlərdə G1 səviyyəli maqnit pozuntuları mümkündür. Bu, geomaqnit aktivliyin qırmızı səviyyəsinə uyğundur və maqnit qasırğası kimi təsnif edilir. Günəş aktivliyinin bu cür səviyyəsi meteohəssas insanların səhhətinə təsir göstərə bilər.


Mütəxəssislər həftəsonu imkan daxilində həddindən artıq fiziki və emosional yüklənmədən çəkinməyi, yuxu rejiminə riayət etməyi, kifayət qədər su içməyi və təmiz havada daha çox vaxt keçirməyi tövsiyə edirlər.

İlkin proqnozlara görə, həftəsonundan sonra geomaqnit vəziyyət tədricən sabitləşməyə başlayacaq, Günəş aktivliyinin intensivliyi isə azalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO