Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub - FOTO

Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub - FOTO

Hazırda oxunan: Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub - FOTO
618915
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 12-də Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub.

Bizim.Media xəbər verir ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Hadrut qəsəbəsinə 4 ailə (17 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 8 ailə (42 nəfər) köçürülüb.

Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib.
 

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub - FOTO - foto 1
Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub - FOTO - foto 2
Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub - FOTO - foto 3
Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub - FOTO - foto 4
Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO