DÇ-2026: Neymar qrup mərhələsinin oyunlarını buraxa bilər

DÇ-2026: Neymar qrup mərhələsinin oyunlarını buraxa bilər

Hazırda oxunan: DÇ-2026: Neymar qrup mərhələsinin oyunlarını buraxa bilər

618962

Braziliya milli komandasının üzvü Neymar dünya çempionatının qrup mərhələsinin bütün oyunlarını qaçıra bilər.

Bizim.Media xəbər verir ki, 33 yaşlı futbolçu komanda ilə birlikdə məşq etmir. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
 

Neymar "Santos"da çıxış edərkən aldığı zədədən sonra reabilitasiya prosesini davam etdirir. Futbolçunun bərpa müddətinin uzanması "Selesao"nun məşqçilər heyətinin turnirin qrup mərhələsi üçün planlarına ciddi şəkildə təsir edir.


Hazırkı vəziyyətə əsasən, həkimlər meydana çıxmağa icazə vermədiyi üçün təcrübəli vingerin iyunun 14-də Mərakeşə qarşı keçiriləcək qarşılaşmanı qaçıracağı dəqiqdir.

Onun qrupun növbəti oyunlarında (Şotlandiya və Haiti ilə matçlarda) iştirakı isə böyük sual altındadır, sağalma sürətindən asılı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO