“Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır

“Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır

Hazırda oxunan: “Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır

618905

“Azərsun Holdinq” 13–14 iyun tarixlərində Şamaxıda Barbekü festivalının keçirilməsinə dəstək göstərir.

Ölkənin ən maraqlı qastronomiya festivallarından hesab olunan BBQ Fest zəngin kulinariya ənənələrini və əyləncəni bir araya gətirəcək.

Festival çərçivəsində müxtəlif təamlarının təqdimatı, kulinariya şouları və əyləncə proqramları təşkil olunacaq.
 

Qida sənayesində uzun illərdir fəaliyyət göstərən və milyonlarla istehlakçının etibarını qazanan “Azərsun Holdinq” ölkədə qastronomiya mədəniyyətinin inkişafına, keyfiyyətli qida məhsullarının təbliğinə və ictimai əhəmiyyət daşıyan layihələrin dəstəklənməsinə xüsusi önəm verir. BBQ Fest-in Baş sponsoru qismində iştirak da şirkətin bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərin davamıdır.


“Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən yağlar, souslar və digər qida markaları bu festivalda iştirak edərək ziyarətçiləri öz məhsullarından ikram edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO