"Sədərək" Ticarət Mərkəzində bıçaqlanma hadisəsi olub.
Bizim.Media "qafqazinfo.az"a istinadla xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzdə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Şikar oğlu Xudaverdiyev paytaxt sakini 1979-cu il təvəllüdlü Faiq Arif oğlu Abbasovla mübahisə edib.
İlkin məlumata əsasən, Vüqar Faiqin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
V.Xudaverdiyev polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Araşdırmalar aparılır.
Qeyd edək ki, bıçaqlanan Faiq Abbasov sahibkardır, bir neçə geyim mağazasının sahibidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:36 / 12.06.2026
"Sədərək"də biznesmen bıçaqlandı
Hazırda oxunan: "Sədərək"də biznesmen bıçaqlandı
Hazırda oxunan: "Sədərək"də biznesmen bıçaqlandı
618958
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































