Vəfat edən şəxsin meyiti neçə gün ərzində DƏFN OLUNMALIDIR?

Vəfat edən şəxsin meyiti neçə gün ərzində DƏFN OLUNMALIDIR?

Hazırda oxunan: Vəfat edən şəxsin meyiti neçə gün ərzində DƏFN OLUNMALIDIR?

618914

Tibbi nöqteyi-nəzərdən insan öldükdən sonra, nə qədər tez dəfn olunsa, o qədər faydalıdır. Çünki ölən insanın cəsədindən ətrafa müxtəlif bakteriyaların yayılma təhlükəsi var. Xüsusilə ağır xəstəlikdən sonra həyatını itirən insanın cəsədi daha tez dəfn edilməlidir.

Bəs, İslamda bu barədə nə deyilir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan dinşünas Tural İrfan deyir ki, İslam dininə görə vəfat etmiş şəxsin mümkün qədər tez dəfn olunması tövsiyə olunur:

“Əgər zərurət yoxdursa, meyiti saxlamaq uyğun görülmür. Həzrət Muhəmməd Peyğəmbərin ənənəsinə görə, vəfat etmiş adamı dərhal dəfn edirlər. Müharibə şəraitində, digər qorxulu hallarda isə meyitə hörmətsizlik olmadan uyğun vəziyyəti  gözləmək olar. Lakin adi formada dəfn etmək imkanı yarandığı halda, sadəcə dəbdəbə və təntənəli dəfn üçün ölünü günlərlə, aylarla saxlamaq əsla şəriətə uyğun deyil.
 

Bəzən vəfat etmiş adamın uzaqda olan yaxınını gözləyirlər, vaxt uzanır. Bu, məqbul deyil. İslam qaydalarına uyğun olaraq aşkar yaxud da gizlin dəfn etmək imkanı varsa, dərhal meyit torpağa tapşırılmalıdır.


Həzrət Məhəmməd Peyğəmbərin hədislərində ölünün qəbrə tez çatdırılmasına təkid olunur. Hətta hesabının tez başlaması üçün bunun zəruri olduğu qeyd olunur.

Tibbi, gigiyenik baxımdan, mənəvi, psixoloji yöndən də ölmüş adamın dəfnini ləngitmək doğru deyil. İslam dininə görə dəfn zamanı xüsusi tədbirin keçirilməsi, təmtəraq və dəbdədə tövsiyə edilmir. Dəfn mümkün qədər sadə və yığcam olmalıdır. Eyni zamanda meyitin uzun zaman dəfn olunmamış saxlanması onun ruhuna əziyyət və hörmətsizlikdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO