Bakıda gizli ikinci telefon işlədən 41 yaşlı qadın döyüldü

Bakıda gizli ikinci telefon işlədən 41 yaşlı qadın döyüldü

Hazırda oxunan: Bakıda gizli ikinci telefon işlədən 41 yaşlı qadın döyüldü

618910

Bakının Xəzər rayonunda 41 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində baş verib. Şərur rayon sakini, 1985-ci il təvəllüdlü Əfqan birgə yaşadıqları evdə arvadı Züleyxanın gizlin olaraq mobil telefon işlətməsi və həmin mobil telefona mesaj gəlməsi səbəbindən onunla mübahisə edib.

Baş vermiş ailə münaqişəsi zamanı o, əli ilə arvadının bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, ona xəsarətlər yetirib.

Faktla bağlı Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Zərərçəkmiş ona dəymiş ziyan tamamilə ödənildiyini, ona qarşı heç bir şikayəti olmadığını deyib.


Xəzər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO