Bakıda dünya kubokunun açılış mərasimi KEÇİRİLDİ  

Bakıda dünya kubokunun açılış mərasimi KEÇİRİLDİ  

Hazırda oxunan: Bakıda dünya kubokunun açılış mərasimi KEÇİRİLDİ  
135145
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 9-da Bakı Atıcılıq Mərkəzində “Dünya kuboku-2023” yarışlarının açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin və Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova çıxış edərək yarış iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıblar.  

Ardınca səhnəyə dəvət alan Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının rəsmi nümayəndəsi Hazim Hosni ISSF prezidenti Lusiano Rossinin adından yarışları açıq elan edib. Daha sonra açılış mərasimi konsert proqramı ilə davam edib.  
Yarışlara dünyanın 66 ölkəsindən 623 idmançı qatılıb. İdmançılar 6 gün ərzində güllə atıcılığının 10 növündə qalibiyyət uğrunda mübarizə aparacaqlar. Yarışların ilk final oyunları mayın 10-dan başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO