Messi daha bir rekorda imza atdı

Messi daha bir rekorda imza atdı

Hazırda oxunan: Messi daha bir rekorda imza atdı

129718

Fransanın "PSJ" futbol klubunun argentinalı hücumçusu Lionel Messi Fransa çempionatının 30-cu turunda “Nitsa” ilə oyunda qol vurub.

Bizim.Media xəbər verir ki, o, 26-cı dəqiqədə Nuno Mendeşin ötürməsi ilə hesabı açıb. Oyun parislilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qol L.Messi üçün Avropa klubunda çıxış edərkən vurduğu 702-ci qol olub. Hücumçu "Barselona"nın heyətində 672, "PSJ"də isə 30 qol vurub. “Nitsa”ya top sayəsində L.Messi bu göstərici üzrə rekorda imza atlb. Ondan əvvəl Avropa klubları arasında qol rekordu Kriştianu Ronaldoya məxsus idi. K.Ronaldo 701 qol vurub ("Real Madrid"in heyətində 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Sportinq"də 5).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO