"Real"dan Türkiyəyə DƏSTƏK - Xeyriyyə matçı keçirəcək

Hazırda oxunan: "Real"dan Türkiyəyə DƏSTƏK - Xeyriyyə matçı keçirəcək
120428
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Real" Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün xeyriyyə oyunu təşkil etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə AS məlumat yayıb. Xeyriyyə oyunu İspaniyanın paytaxtı Madriddə olacaq. Hazırda görüş üçün "Santyaqo Bernabeu" və ya "Vanda Matropolitano" arenasının uyğunluğu araşdırılır.

Xeyriyyə oyununda həm "Real"da, həm də Türkiyə Superliqası klublarında forma geyinmiş keçmiş futbolçular da yer almaq istəyirlər. Onların arasında Quti Ernandes, Roberto Karlos kimi məşhurlar da var.
Bildirilir ki, "Real" oyunun təşkili üçün "Atletiko", "Rayo Vallekano" və "Xetafe" ilə də danışıqlar aparacaq.

Oyundan əldə olunan ümumi gəlir Türkiyəyə göndəriləcək.

Xatırladaq ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 31 min nəfərdən çox şəxs həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO