DÇ-2022-nin ƏN YAXŞI hakimi SEÇİLDİ  

DÇ-2022-nin ƏN YAXŞI hakimi SEÇİLDİ  

Hazırda oxunan: DÇ-2022-nin ƏN YAXŞI hakimi SEÇİLDİ  

112206

İtaliyalı Daniele Orsato 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının ən yaxşı hakimi seçilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb. 

Məlumata görə, hakim “Ciulio Kampanati” mükafatına layiq görülüb. 

Ona səs verən münsiflər heyəti bildirib ki, hakim çalışdığı turnirin üç oyununda qüsursuz hakimlik səviyyəsi nümayiş etdirib. 

Orsato DÇ-2022-nin üç oyununu idarə edib. O, Qətər - Ekvador (0:2), qrup mərhələsinin ikinci turunda Argentina - Meksika (2:0) və Argentina - Xorvatiya arasında 3:0 hesabı ilə başa çatan yarımfinal oyununlarına hakimlik edib. 
Qeyd edək ki, “Ciulio Kampanati” mükafatı 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatından sonra Kampanati İtaliya Arbitraj Assosiasiyasının prezidentinin xatirəsinə təsis edilib. Mükafat dünya və Avropa çempionatlarının ən yaxşı hakimlərinə verilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO