Bərdədə hərbi çağırışçı yol qəzasında öldü

Bərdədə hərbi çağırışçı yol qəzasında öldü

Hazırda oxunan: Bərdədə hərbi çağırışçı yol qəzasında öldü

85425
Bərdə şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

"Report"un məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. Yolu keçmək istəyən 18 yaşlı Elvin Ələkbərovu Opel markalı minik avtomobili vurub.

Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq 18 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Qəzadan sonra sürücü hadisə yerindən qaçsa da, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib. Qeyd edək ki, qəzada həyatını itirən gənc hərbi xidmətə çağırışçı kimi qeydiyyatdan keçib. O, bu ay hərbi xidmətə yola düşməli imiş.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO