Bakıda 24 yaşlı qız itkin düşdü -xa0FOTO

Bakıda 24 yaşlı qız itkin düşdü -xa0FOTO

Hazırda oxunan: Bakıda 24 yaşlı qız itkin düşdü -xa0FOTO

581080
Bakının Xəzər rayonunda itkin düşən 24 yaşlı qız axtarılır.
 
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Xəzər rayonu Binə qəsəbəsində yaşayan Misir Həsənov Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə müraciət edərək bildirib ki, 24 dekabr 2022-ci ildə onunla birlikdə yaşayan qızı, 1998-ci il təvəllüdlü qızı Zeynurə evdən çıxıb və bir daha geri qayıtmayaraq itkin düşüb.
 
“Zeynurə Misir qızının əlamətləri: boyu 1.55 santimetr, gözlərinin və saçlarının rəngi qaradır. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar və boz rəngli köynək olub. Zeynurə Misir qızı haqqında məlumatı olanlardan 055-215-21-20, 051-841-41-41, 055-252-00-71, 012-590-72-03 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur” – deyə məlumatda qeyd olunub.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO