Bakıda 16 mərtəbəli binada yanğın baş verib -  FOTO+VİDEO

Bakıda 16 mərtəbəli binada yanğın baş verib - FOTO+VİDEO

Hazırda oxunan: Bakıda 16 mərtəbəli binada yanğın baş verib - FOTO+VİDEO

272246
Bakının Binəqədi rayonu ərazisində yanğın olub.

ONA-nın xəbərinə görə, hadisə Azadlıq prospekti 172 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verib.

Yanan mənzil həmin binanın 3-cü mərtəbəsində yerləşir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Binəqədi və Nərimanov rayonları üzrə Yanğından Mühafizə Hissələrinin bir neçə yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb olunub. Məlumata görə, yanğın ikiotaqlı mənzilin mətbəxindən başlayıb. Belə ki, mətbəxdə olan elektrik plitəsində yaranmış qısaqapanma sonradan yanğına çevrilib. Nəticədə mənzilin yanar konstruksiyaları 60 kv/m sahədə yanıb. Yanğın baş verərkən mənzildə heç kim olmayıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, hadisə zamanı xəsarət alan olmayıb.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO