"Həkimlərimizi "bisavad" adlandırıb onlara çox tənə edirik, amma..."

Hazırda oxunan: "Həkimlərimizi "bisavad" adlandırıb onlara çox tənə edirik, amma..."
254809
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Belə həkimlərimiz də var...

Səhər tezdən bir zəng gəldi. Köhnə dostum idi. Xeyli söhbət etdik. Məlum oldu ki, oğlunun müalicəsində ciddi irəliləyiş baş verib...

Onunla birlikdə Rusiyada hərbi xidmətdə olmuşuq. Əslən Masallıdandır. Son dərəcə namuslu bir insan. Nə yazıq ki, oğlu lap kiçik vaxtlarından ağır xəstəliklə üzləşdi. Xırda bir şeydən panik səviyyədə əsəbləşirdi. Belə durumda isə özünə nəzarəti itirirdi və harada gəldi özündən gedirdi. Bir dəfə metroda qatar xəttinin üstünə yıxılıb. Maşın təkərirnin altına düşməkdən neçə dəfə son anda xilas olub. Hər 8-12 gün ərzində özündəngetmə baş verirmiş. Adamın tək çolə çıxmağı təhlükə doğururmuş. Belə bir xəstəliyə düçar olmuş 28 yaşlı gəncin gününü özünüz təsəvvür edin...

Müalicəsi üçün İrandan Almaniyaya qədər müxtəlif ölkələrdə olublar. Ən sonda isə Azərbaycanlı cərrah gəncin beyn mərkəzində əməliyyat keçirib. İndi 3 aydır ki, özündəngetmə prosesi dayanıb. Həkim deyib ki, əsəblərini qorusa 1 ildən sonra rahat evlənə də bilər...

O da məlum olub ki, dostumun oğlu 27 il ərzində yanlış diaqnoz əsasında müalicə olunub. Ona görə də müalicə heç bir effekt vermiyib. Daha doğrusu, dərmanların yan təsirləri olub ki, o da bədənin zəifləməsinə gətirib çıxarıb...

İndi dostum çox məmnundur. Düşünün, bir ailə 27 il cəhənnəm əzabı yaşayıb və indi tunelin sonunda işıq görünür...

Həkimlərimizi "bisavad" adlandırıb onlara çox tənə edirik. Amma dəyərli həkimlərimiz də az deyil. Ən önəmlisi isə odur ki, yaxşıların sayı getdikcə artır. Çünki Azərbaycanda peşəkar həkimlərə böyük ehtiyac var. Bu ehtiyac isə yaxşıların, ortaya real nəticə qoyan həkimlərin önə çıxmasını təmin edir...

Hər müşükülünüzün sonu xeyirə çalansın...

Elbəyi Həsənli, Niderlandda mühacirətdə yaşayan tanınmış jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO