Su problemlərinin sıx yaşandığı Afrika qitəsində yerləşən Efiopiyada milyonlarla insan təmiz su tapa bilmir. İnsanlar təmiz su olmadığı üçün kürəklərində 20 litrlik su qabları ilə damla damla axan çirkli su üçün kilometrlərlə yol qət edirlər.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, təxminən bir milyard insanın sağlam və təmiz sudan məhrum olduğu Efiopiyada da digər Afrika ölkələri kimi ən vacib şeylərin başında su gəlir. Az qala 100 axar su mənbəyi olan ölkədə əsasən kənd yerlərində evlərdə su olmur.
xa0

Su tapılmasının olduqca çətinxa0 olduğu ölkədə müxtəlif problemlər səbəbindən su mənbələrindən istifadə etmək imkanları da inkişaf etdirilmir. Bir neçə litr çirkli su üçün saatlarla yeriyən əhali bəzi bölgələrdə açdıqları çuxurlarda haradasa damla damla axan palçıqlı suyu qablara doldurmaq üçün saatlarla növbə gözləyirlər.
xa0
Kamran






































































































