Tibb bacısı cildinə girib uşaq oğurladı, üstü 18 il sonra açıldı - FOTOLAR

Tibb bacısı cildinə girib uşaq oğurladı, üstü 18 il sonra açıldı - FOTOLAR

Hazırda oxunan: Tibb bacısı cildinə girib uşaq oğurladı, üstü 18 il sonra açıldı - FOTOLAR

165124

ABŞ-da 18 il əvvəl bətnindəki uşağını itirən bir qadın xəstəxanada tibb bacısı cildinə girərək bir başqasının uşağını oğurlayır. Gənc qız 18 il ərzində özünü qaçıran qadına ana deyir. Həqiqət isə yeni ortaya çıxır. Doğulandan 8 saat sonra xəstəxanadan qaçırılan və 18 il ərzində onu qaçıran qadına ana deyən Kamiyah Mobley 18 il sonra ailəsinə qovuşur.
Moderator. az xəbər verir ki, filmlərə bənzəyən bu hadisə ABŞ-ın Florida ştatında baş verib. Floridada bir xəstəxanada bətnindəki körpəsini itirən xa0Gloria Williams tibb bacısı cildinə girərərək başqasının uşağını oğurlayır. Williams Kamiyah adını verdiyi körpəni saxta sənədlə öz qızı kimi göstərməyi bacarır və 18 il ərzində Kamiyah ona ana deyir.
xa0
Ancaq eyni ada və doğum tarixinə malik başqa birinin olduğu ortaya çıxanda Kamiyahın pasportunun saxta olduğu məlum olur. Aparılan DNT testi də Kamiyahın əslində Uilyamsın qızı olmadığı sübut olunur.

Polis 18 il ərzində ailənin itmiş qızını tapa bilməsə də qısa müddət ərzində 18 yaşlı gənc qızın ailəsini tapır. 51 yaşlı Gloria Williams həbs olunur. Uilyamsın ömürlük həbs cəzası ala biləcəyi bildirilir.
xa0
Gənc qız hadisədən sonra bioloji ailəsi ilə yalnız internetdən görünüşlü ünsiyyət qurub. Kamilahın bioloji anası 16 yaşı olanda Kamiyahı dünyaya gətirib. Uşağın xəstəxanada oğurlandığı vaxtda aid fotolar da xarici mətbuata yayılıb. Mətbuatda, həmçinin Kamiyahın onu qaçıran və ailəsindən ayıran Uilyamsa hələ də ana dediyi, həbsxanada olan qadını tez-tez ziyarətə getdiyi bildirilir. Hadisə ilə bağlı Kamiyah Facebook ünvanına da "Mənim anam günahkar deyil" -deyə yazıb.


Hemşire

Hemşire

Hemşire

Hemşire


Hemşire

Hemşire




Zəhra
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO