Yol kənarında alver edirdi – Avtomobilin zərbəsindən kanala düşdü

Yol kənarında alver edirdi – Avtomobilin zərbəsindən kanala düşdü

Hazırda oxunan: Yol kənarında alver edirdi – Avtomobilin zərbəsindən kanala düşdü
626854
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki. hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.
 

İlkin məlumata görə, hərəkətdə olan "Opel Astra" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında kiçik ticarətlə məşğul olan Vilvan kənd sakini, 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vurub. Zərbənin təsirindən piyada yaxınlıqdakı kanala düşüb.


Avtomobil isə yol kənarındakı ağaca çırpılaraq dayanıb. Ətrafdakı şəxslərin köməyi ilə Turab Şərifov kanaldan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Yol kənarında alver edirdi – Avtomobilin zərbəsindən kanala düşdü - foto 1


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO